Yunanıstan–Bolqarıstan qaz interkonnektoru — Vikipediya

Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru
ing. Interconnector Greece-Bulgaria (IGB)
Ümumi məlumatlar
Başlayır Komotini?!
Bitir Stara Zaqora
Tikilmə tarixi 2019 — 2022
İstismara verilib 2022
Operatoru ICGB AD
Uzunluğu 182 km
Yerləşməsi
Ölkələr
icgb.eu
icgb.eu/bg/
icgb.eu/gr/

Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru (ing. Interconnector Greece-Bulgaria (IGB)) — Yunanıstanın şimal-şərqindəki Komotini?!Bolqarıstanın cənubundakı Stara Zaqora regionundakı milli təbii qaz ötürmə sistemləri arasında birbaşa əlaqə yaradan boru kəməri. Ümumi uzunluğu 182 km-dir.[1] Dəyəri — 240 milyon avrodur. Planlaşdırılan layihə gücü ildə 3 milyard m3 təbii qazdır[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev interkonnektorun açılış məraimində. 1 oktyabr 2022-ci il, Sofiya.

Qaz kəmərinin tikintisi 2017-ci ilə nəzərdə tutulmuşdu.[3] 22 may 2019-cu il tarixində Kirkovo rayonunda interkonnektorun əməlqoyma mərasimi baş tutmuşdur.[4][5] Boru kəməri onun operatoru olan "ICGB AD" tərəfindən tikilir. Tikintidə Bolqarıstanın "Bulgarian Energy Holding"i, Yunanıstanın "DEPA" və İtaliyanın "Edison[ru]" şirkətləri iştirak emişlər.[6]

25 mart 2022-ci ildə boru kəməri Trans Adriatik Boru Xəttinə qoşulmuşdur.[7] Tikinti 2022-ci ilin iyulunda başa çatmışdır.[6] Rəsmi açılış mərasimi 8 iyul 2022-ci ildə baş tutmuşdur.[8] 2022-ci ilin iyununda Azərbaycan qazının boru xəttinə vurulması prosesinə başlanılmışdır.[9][10] İlkin olaraq ildə 1 milyard m3 qazın verilməsi, sonra isə həcmin ildə 3 milyard m3-dək artırılması nəzərdə tutulur.[11] Boru kəməri 75 bara qədər maksimum təzyiqdə işləmək üçün nəzərdə tutulmuşdur.[12] 1 oktyabr 2022-ci ildə Sofiyada Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru rəsmi olaraq istifadəyə verilmişdir.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ЕС поддержит проект интерконнектора Греция-Болгария". www.aa.com.tr. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  2. "İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib". 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  3. "Болгария и Греция построят газовый интерконнектор к 2018 году". ИА REGNUM (rus). 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  4. "Началось строительство интерконнектора Греция-Болгария, по которому азербайджанский природный газ будет поставляться в Болгарию". azertag.az (rus). 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  5. "Премьер Болгарии: страна продолжит получать российский газ, но должны быть альтернативы | Балканист". balkanist.ru (rus). İstifadə tarixi: 2022-06-19.
  6. 1 2 "Завершено строительство интерконнектора Греция-Болгария". Apa.az (rus). 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
  7. "Интерконнектор Греция-Болгария подключен к TAP". НАНГС. İstifadə tarixi: 2022-06-19.
  8. "Состоялось открытие интерконнектора Греция-Болгария". Apa.az (rus). 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-26.
  9. "Началась закачка первого азербайджанского газа в интерконнектор Греция-Болгария". azertag.az (rus). 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  10. "Первый азербайджанский газ направили через Грецию в Болгарию". vesti.ru (rus). 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  11. Deutsche Welle (www.dw.com). "Болгария заменила газ из России азербайджанским | DW | 01.06.2022". DW.COM (rus). 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  12. "Завершены первоначальные технические работы по заполнению IGB газом". Day.Az (rus). 2022-06-23. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-27.
  13. В Болгарии официально ввели в эксплуатацию межсистемный болгаро-греческий газопровод