Yurisdiksiya — Vikipediya

Yurisdiksiya (lat. jurisdictio – mühakimə üsulu, jus – hüquq, səlahiyyət, dico – deyirəm) — dövlət orqanının səlahiyyətlərinə aid olan hüquqi sfera. Hakimiyyət orqanlarının və bütövlükdə dövlətin səlahiyyətlərinə aid olan məsələlərin məcmusu dövlətin yurisdiksiyası sayılır. Həmin səlahiyyətlər isə qanunlar və digər hüquqi aktlarla müəyyənləşdirilir. Öz yurisdiksiyası çərçivəsində dövlətin bu və ya digər faktlara hüquqi qiymət vermək, hüquqi mübahisələri və məsələləri həll etmək səlahiyyəti olur.

ABŞ kimi federasiyalarda yurisdiksiyaların əhatəsi yerli, ştat və federal səviyyədə təsbit olunur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Balayev, Aydın. Tarix terminləri lüğəti. Bakı: "Altun kitab". 2017. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]