Yuxarı Anbaras məscidi — Vikipediya

Yuxarı Anbaras məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində yerləşən məscid.

Coğrafi mövqeyi[redaktə | mənbəni redaktə et]

Ordubad şəhər əhalisi arasında yerləşdiyi məhəllənin adı ilə Yuxarı Anbaras məscidi adlandırılan məscidin inşa tarixi məlum deyildir.

Kitabələri[redaktə | mənbəni redaktə et]

XIX yüzilliyin ortalarında təmir olunarkən məscidin tavanında, taxta üzərində qara rənglə yazılmış kitabə qoyulmuşdur. Kitabənin mətni belədir: "Ya Məhəmməd! Ya Əli! Ağa Mirzə Cəfər məscidini Ağababanın oğlu mərhum, mərifətli Cəfərqulu 1284-cü il tarixdə (05.05.1867–23.04.1868-ci il) təmir etdirdi"[1].

İnşa tarixi[redaktə | mənbəni redaktə et]

Kitabədə verilən məlumatdan görünür ki, təmir olunan vaxt (1867–1868-ci illər) məscid "Ağa Mirzə Cəfər məscidi" adlanırmış. Bu məlumata əsasən demək olar ki, plan quruluşunun həlli, fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları XVII–XVIII əsr tikintilərinə uyğun gəldiyi üçün ehtimal ki, ХVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxsiyyət tərəfindən inşa etdirilmişdir. Abidə 1284-cü ildə təmir edilərkən "Ağa Mirzə Cəfər məscidi" adlanırmış. El arasında məscidə bəzən "Hacı Mir Cəfər ağa məscidi" də deyirlər. Kitabədə isə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur. Görünür, zaman keçdikcə məscidin adındakı "Mirzə" sözü "Mir" şəklinə düşmüş və məscid "Mir Cəfər ağa məscidi" kimi adlandırılmağa başlamışdır. "Hacı" titulunun məscidin banisinin adına əlavə olunması isə onun sonralar Həcc ziyarətində olması ilə əlaqədardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Сафаров Ф. Арабо-персоязычные надписи Нахичеванской АССР (ХVI-ХIХ вв) как историко-культурные памятники. Диссертация на сосискание ученой степени канд. ист. наук. Баку, 1987, 179 с. НАИИ НАН Азербайджана. Инв.№ 8383., c. 25–26

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.