Zənzibar sultanlığı — Vikipediya

Tarixi dövlət
Zənzibar sultanlığı
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

Paytaxt Zənzibar (şəhər)
Rəsmi dilləri
Ərazisi
  • 1.651 km²
Əhalisi
  • 300.000 nəf.
İdarəetmə forması mütləq monarxiya, konstitusiyalı monarxiya


Zənzibar sultanlığı (suah. Usultani wa Zanzibar; ərəb. سلطنة زنجبار‎, Sulṭanat Zanjībār)[1] — XIX əsrdən 12 yanvar 1964-cü ilə qədər mövcud olmuş dövlət. 1964-cü ildən Tanzaniya Birləşmiş Respublikasının bir hissəsidir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Zənzibar Omandan (Maskat sultanlığı) olan Bu Səidi sülaləsinin kiçik üzvlərinə bir mülk olaraq həkk olunmuşdur. Zənzibar sultanının hakimiyyəti Şərqi Afrika sahillərinə, Ozi çayı üzərindəki Dalqado burnu ilə Kipini arasında, əlavə olaraq Unquca (Zanzibar adası), Pemba və başqa adalara qədər uzanırdı. Aktiv qul ticarəti, həmçinin ədviyyat, fil sümüyü və s. ticarəti var idi. Zənzibarda genişmiqyaslı tikinti prosesi gedirdi.

Oman sultanlarının ən güclüsü olan Səid ibn Sultan 1853-cü ildə fəth edilmiş Şərqi Afrika ərazilərinə nəzarət etmək üçün hətta dövlətin paytaxtını Maskatdan Zənzibara köçürməyi planlaşdırırdı. Buna baxmayaraq, artıq 1861-ci ildə, hafiz Məcid ibn Səidin hakimiyyəti dövründə Zənzibar sultanlığı XIX əsrin əvvəllərindən Şərqi Afrikanı fəal şəkildə kolonizasiya edən britaniyalıların dəstəyi ilə Omandan ayrılmışdı.

XX əsrin birinci yarısında tamamilə Britaniyanın nəzarətində olan Zənzibarda marionet sultan rejimi qurulmuş, lakin formal olaraq Zənzibar yarı müstəqil dövlət qurumu olaraq qalmışdır.

İkinci Dünya müharibəsindən sonra Zənzibarda ingilis və sultan hökmranlığına qarşı mübarizə güclənmişdir.

10 dekabr 1963-cü ildə Zənzibarın dövlət müstəqilliyi elan edilmişdir. Həmin ilin 16 dekabrında yeni dövlət BMT-yə qəbul edilmişdir, lakin artıq 12 yanvar 1964-cü ildə Zənzibarda antifeodal Zənzibar inqilabı baş tutmuş, nəticədə sultan Cəmşid ibn Abdulla taxtdan devrilmişdir. Bir neçə ay ərzində Zənzibarın yeni yaradılmış Tanzaniya dövlətinə daxil olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gascoigne, Bamber. "History of Zanzibar". HistoryWorld. 2001. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-23.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]