Zərrabi məscidi — Vikipediya

Zərrabi məscidi
Xəritə
40°40′14″ şm. e. 46°21′22″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Həsən bəy Zərdabi küçəsi, 85
Aidiyyatı Gəncə Dövlət Nizami Poeziya Teatrı
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
İstinad nöm.3890
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zərrabi məscidiAzərbaycanın Gəncə şəhərində yerləşən XIX əsrə aid məscid.[1] Hazırda bura C.Cabbarlı adına Gəncə Dövlət Teatrının açıq hava səhnəsi kimi fəaliyyət göstərir. Həmçinin şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir filialı da burada yerləşir.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Zərrabi məscidi Gəncənin eyni adlı qədim məhəlləsində yerləşir. Məscid iki gümbəzlidir. İnşası eyvanlı və darovsarlı məscidlər tipində həyata keçirilib. Ziyarətgahın binasını üç hissəyə ayırırlar. Birinci böyük ibadət zalı. Bu otağın sahəsi 70 kvadratmetrdir. Bundan başqa, uzunluğu 25 metr, eni 3 metr olan eyvan və sahəsi 30 kvadratmetr olan kiçik otaq da var. Məlumata görə, ibadət otağında yer olmayanda möminlər eyvandan da istifadə edirlərmiş. Məscid XIX əsrdə inşa edilib. Tədqiqatçı Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar göstərir ki, məscid Zərrabi məhəlləsinin ağsaqqallarından Hacı Qəzənfər Kərbalayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbalayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə məhəllə camaatının hesabına tikilmiş, keçmiş adını yaşadan yeni məsciddir.[1]

Tikildiyi dövrdən etibarən məhəllə məscidi kimi fəaliyyət göstərib. Sovetlər dövründə isə tikilidən yaşayış binası kimi də istifadə olunub. Zərrabi məscidi 1979-cu ildən etibarən ictimai əsaslarla Nizami poeziya teatrının binası kimi fəaliyyət göstərməyə başlayıb. Nizami Gəncəvi irsinin tədqiqi ilə məşğul olaraq dahi şairin “Xəmsə”sinin motivləri əsasında burada bir sıra tamaşalar səhnələşdirilib. 1981-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərsə də, 1981-ci ildən sonra Gəncə Dövlət Dram Teatrının ştat vahidləri bu teatr üçün verilib. Teatr 90-cı illərə kimi mövcud formada fəaliyyət göstərib. Hazırda məscidin binası C.Cabbarlı adına Gəncə Dövlət Teatrının açıq hava səhnəsi kimi fəaliyyət göstərir. Həmçinin şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir filialı da burada yerləşir.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Elnur İsmayılbəyli. "Zərrabi məscidi". kepeztv.az. 3 oktyabr 2014. 28 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2020.
  2. 2,0 2,1 "Məscidlərimizin tarixindən – "Zərrabi" məscidi". big.az. 9 sentyabr 2012. 28 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]