Zakir Bağırov (bəstəkar) — Vikipediya

Zakir Bağırov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqi pedaqoqu[d], film bəstəkarı
Fəaliyyət illəri 1949–1992
Janrlar opera, klassik musiqi
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960
"Şərəf nişanı" ordeni — 1959 "Əməkdə fərqlənməyə görə" medalı — 1986

Zakir Cavad oğlu Bağırov (16 (29) mart 1916, Şuşa8 yanvar 1996, Bakı) — azərbaycanlı bəstəkar, pedaqoq, professor (1978), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960).

Həyatı[redaktə | mənbəni redaktə et]

Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olub. O, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərindəki N.Nərimanov adına 8 saylı uşaq evində yaşayıb. Bu, 1924-1929-cu illəri əhatə edib. 1929-cu ildən etibarən isə böyük qardaşının himayəsində yaşayıb. O, ilk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsində alıb. Həmin fakültənin fortepiano sinfini bitirib.[1][2][3]

Daha sonra təhsilini davam etdirmək üçün 1935-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumuna göndərilib. Zakir Bağırov Musiqi Texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Avstriya, Macarıstan, Rumıniya, Finlandiya və Mancuriyada xidmət edib. Zakir Bağırov ordudan tərxis olunandan sonra Moskva Dövlət Konservatoriyasının Nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olub və 1949-cu ildə konservatoriyanı bitirib.[1][2][3]

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Zakir Bağırov Azərbaycan Dövlət Konservatoriyasıda 45 il müəllim kimi fəaliyyət göstərmiş, 1949-cu ildən ömrünün sonunadək musiqi-nəzəri fənlərindən dərs demişdir. O, 1970-ci ildən 10 il ərzində Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Eyni zamanda 1950-1958-ci illərdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsini icra etmişdir.[1][2][3]

Zakir Bağırov həmçinin fəal ictimai xadim idi. Bəstəkar 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın İdarə Heyətinin üzvü olmuşdur. Zakir Bağırov 1963-1965-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. Eyni zamanda Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra etmişdir.[1][2][3]

Vəfatı[redaktə | mənbəni redaktə et]

Zakir Bağırov 8 yanvar 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1][2][3]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Opera[redaktə | mənbəni redaktə et]

  • "Aygün" (1972)
  • "Qoca Xattabıç"[4]

Operetta[redaktə | mənbəni redaktə et]

  • "Kəndimizin Mahnısı" (1958)
  • "Qayınana" (1974)[5]

İnstrumental[redaktə | mənbəni redaktə et]

  • xalq çalğı alətləri orkestri üçün süitalar (1956, 1969)
  • fortepiano ilə orkestr üçün konsert (1970)
  • orqan üçün improvizasiya və fuqa (1973)
  • "Çahargah" muğamı əsasında arfada solo ücün əsər
  • kamera-instrumental əsərləri, mahnı və romans.

Mahnıları[redaktə | mənbəni redaktə et]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan xalq rəqsləri. Not yazısı T.Quliyev, Z.Bağırov, M.İsmayılov. Bakı, 1951.
  • "Dügah" muğamı. Bakı, 1936.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 "Üzeyir bəyin tələbəsi Zakir Bağırov" (Azərbaycan). anl.az. 13-2-2013 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 "Bağırov Zakir Cavad oğlu" (Azərbaycan). musicacademy.edu.az. 4-9-2018 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 7 "Zakir Bağırov" (PDF) (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF).
  4. "Üzeyir Hacıbəyov ensiklopediyası — Bağırov Zakir Cavad oğlu". 2014-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
  5. "İradə Abbasova. Üzeyir Hacıbəyov və Zakir Bağırovun musiqili komediyalarında həyat gerçəkliyinin gülüşlə təcəssümü. "Musiqi dünyası" jurnalı". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.