Zoğalavaçay su anbarı — Vikipediya

Zoğalavaçay su anbarı
Ölkə  Azərbaycan
YerləşməsiAzərbaycan Azərbaycan
Şamaxı
Uzunluğu1,25 m
Eni0,56 m
Sahəsi0,46 m²
Həcmi0,0034 m³
Zoğalavaçay su anbarı (Azərbaycan)


Zoğalavaçay su anbarıAzərbaycan Respublikasının Şamaxı rayonunun cənub-qərb hissəsində Zoğalavaçayın məcrasında yerləşir. Su anbarı şərab zavodlarının və qəsəbələrin təsərrüfat - içməli su tələbatını ödəmək məqsədilə 1973-cü ildə istismara verilmişdir.

1990-cı illərdə maliyyə çətinlikləri ilə əlaqədar olaraq su qovşağının istismarı lazımi səviyyədə aparılmadığından, qurğular yararsız vəziyyətə düşmüşdür. Mexaniki və elektrik avadanlıqlarının bəziləri dağılmış, bəziləri isə texniki cəhətdən köhnələrək sıradan çıxmışdır.

Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə verilmiş sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə Zoğalavaçay su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi "Azdövsutəslayihə" institutu tərəfindən hazırlanmışdı.

2012-ci ildə Şamaxı şəhərinə bitişik Zoğalavaçay su anbarı müasir tələblərə uyğun əsaslı təmir edilmişdir[1].

Texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

Bəndin hündürlüyü 26m, bəndin uzunluğu 560m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. İstismar sərfi 0.85m³/san-dir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "T.NƏZƏRLİ, "Suvarma suyunun fasiləsiz təmini vacib şərtdir", "Azərbaycan" qəzeti". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.