Bayatılar — Vikipediya

Mahnı
Bayatılar
İfaçı Brilliant Dadaşova
Yayımlanıb 1989
Janr pop
Dil Azərbaycan dili
Müddət 05:33
Bəstəkar Eldar Mansurov
Sözlərin müəllifi Vahid Əziz
Videoklip
 Bayatılar

Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır.

Digər versiyaları[redaktə | mənbəni redaktə et]

Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.

Mahnının ifaçılarından bəziləri:

  1. Azərbaycan Brilliant Dadaşova – "Bayatılar" – 1989-2008
  2. Türkmənistan Aşqabad qrupu – "Bayatılar" – 1990
  3. Rusiya Reno – "Zdrastvuy" – 1990
  4. Türkiyə Sezen Aksu – "Zalim" 1995
  5. Türkiyə Levent Yüksel – "Zalim" – 1995
  6. Yunanıstan Petros Dourdoumpakis – "Taxidiariko Pouli" – 1995
  7. Yunanıstan Dimitra Galani – "Oses Foties" – 1997
  8. Almaniya Grinsteins Mischpoche – "Bayatı" – 2002
  9. Braziliya Mônica Salmaso – "Bayatı" – 2003
  10. Yunanıstan Vasilis Lekkas – "Taxidiariko Pouli" – 2003
  11. Yunanıstan Keti Garbi – "Esena Mono" – 2003-2005
  12. Bosniya və Herseqovina Dino Merlin – "Subota" – 2004
  13. Türkiyə Seray Sever – "İçim yanıyor" – 2005
  14. Türkiyə Dilek Budak – "Adını Yıldızlara" – 2006
  15. Özbəkistan Ziyoda – "Yollarim" – 2006
  16. Türkmənistan Lachyn Mammedowa – "Yalnyz yuregim" – 2006
  17. Azərbaycan Aygün Kazımova – "Bayatılar" – 2006
  18. Türkiyə Hüseyin Karadayı və DJ. Funky – "Miracles" – 2006
  19. Yunanıstan DJ Pantelis– "I Have A Dream" – 2006
  20. Monteneqro Srecko Savovic – "Godina Nova" – 2007
  21. Türkiyə Çalar Saat – "Zalim" – 2007
  22. İran Milad və Mohammad – "Are Faghat To" – 2008
  23. Rumıniya Edvard Maya – "Stereo Love" – 2009
  24. Kanada Mia Martina – "Stereo Love" – 2010
  25. İsveç PJ feat Velvet – "Stereo Love" – 2010
  26. Xorvatiya İvan Zak – "Dečko sa Balkana" (Stereo Love) – 2010
  27. İtaliya Cantodiscanto – "Bayatı" – 2009
  28. İngiltərə The Guzek Trio – "Bayatı" – 2010
  29. Braziliya Benjamim Taubkin – "Bayaty" – 2010
  30. Türkiyə Saltanath qrupu– "Zalim" – 2012
  31. Türkiyə Aydan Kaya – "Zalim" – 2012
  32. Yunanıstan Matthaios Tsahouridis – "Zalim / Bayatilar" – 2012
  33. İsrail Babbe Rabbe – "Bayatilar" – 2013
  34. Türkiyə Bengü – "Zalim" – 2013
  35. Rusiya Dobranotch qrupu – "Bayatılar" – 2014
  36. İtaliya Abash Energia Mediterranea – "Bayatı" – 2014
  37. İsveç Flat Earth – "Syanide" – 2018
  38. İsrail Mark Eliyahu – "Alegria" – 2019
  39. Almaniya Drenchill – "Never, never" – 2019
  40. Almaniya Why So Sad – "Out Of Time" – 2019
  41. Türkiyə Bergüzar Korel – "Zalim" – 2020
  42. Türkiyə Tuğba Yurt – "Zalim" – 2021

Sözlər[redaktə | mənbəni redaktə et]

Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var.
Oyatma bənövşəni,
Kol dibində ayaz var.

Kədərli baxmayaydın,
Göz yaşım axmayaydı.
Yad baxmağı bir yana,
Yar yada baxmayaydı.

Bu dünya çətin qala,
Yolları çətin qala.
Yaxşı yarı yazda gəz,
Payıza çətin qala.

Qalanın daşı oldum,
Gözümün yaşı oldun.
Dünyada gün görmədim,
Sevəndə naşı oldum.

Yanımda qal bir az da,
Göz yaşı var arazda.
Yar yuxusun danışıb,
Şəkli qalıb arazda.

Yenə də axşam oldu,
Gün keçdi, axşam oldu.
Gecələr mən alışdım,
Əriyən şam oldu.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]