Kərimbəyli (Salyan) — Vikipediya
Kərimbəyli | |
---|---|
39°47′31″ şm. e. 48°57′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2618 (2011) nəfər |
Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir. Kənddə həmçinin Rusiyadan köçürülmüş rus millətindən olan ailələr də yaşamışlar. XX əsrin sonunda onlar buradan köçüb getmişlər.[mənbə göstərin]
Bələdiyyə
[redaktə | mənbəni redaktə et]Kərimbəyli bələdiyyəsi (Salyan)
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənd əhalisinin sayı 2618 (məlumat 2011-ci ilə aiddir) nəfərdir.[mənbə göstərin]
Birinci Qarabağ müharibəsi şəhidləri
[redaktə | mənbəni redaktə et]- Tağıyev Elçin Tofiq oğlu - (Doğum 24.02.1975- Ölüm 07.01.1994)
- Süleymanov Neymət Əli oğlu -(Doğum 15.04.1975- Ölüm 18.01.1994)
- İbayev Elşən Abdulla oğlu -(Doğum 19.01.1972- Ölüm 27.01.1994)
- Mustafayev Eynulla Əziz oğlu -(Doğum 18.12.1958- Ölüm 07.01.1994)
Təhsil
[redaktə | mənbəni redaktə et]Kərimbəyli məktəbinin Facebook səhifəsi.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə "Həzrəti Əbəlfəz" məscidi dini icması fəaliyyət göstərir.[1]
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]Azərbaycan Milli Elmlər Akademiyasının alimi, professor Zaman Əsgərli. https://modern.az/az/news/174980
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Salyan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |