Nahidə Babaşlı — Vikipediya

Nahidə Babaşlı
Ümumi məlumatlar
Ləqəbi Nahide Babashli
Doğum tarixi (27 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2018–h.h.
Janr Pop musiqi
Əlaqəsi DMC
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları Qızıl kəpənək (2021)[1]

Nahidə Babaşlı (22 iyul 1996, Bakı) — azərbaycanlı söz yazıçısımüğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir.

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır.[2] Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.[3]

Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır.[4] İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı.

O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir.[5] Həmçinin, Azərbaycan dilində musiqi oxuduğunda problem yaşadığını bildirmişdir. Belə ki, oxuduğu mahnılar əsasən müəllif hüquqları səbəbiylə yerləşdirdiyi platformlardan silinirdi. [6]

Öz kanalında paylaşdığı Üzüm, Anla, Bir sözüm var, Dido, Gözlərimi bağlasam, Dəli olanlar, Sən məndən ayrıldın, Gəzi bağları, Gönlümdən vaz keç, Özünə fikir ver, Gözlərimdəki an, Zifiri mahnıları, musiqi həvəskarlarından milyonlarla bəyənmə və müsbət şərh aldı.

2014-cü ildə həyatını itirən Murat Göyəbaxanın "Ay Üzlüm" mahnısını səsləndirmiş və səkkiz gün ərzində 1.920.581 izlənmə almışdır. Babaşlının ifası Türkiyə Kütləvi İnformasiya Vasitələrində də yüksək qiymətləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət ifadələr işlədiblər.[7]

Elnarə Abdullayevanın qardaşı qızıdır.[8]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Qeyd: Cədvəldə Nahidə Babaşlının ifa etdiyi musiqi siyahısı yer almaqdadır. Albom sırasında ad yoxdursa, o mahnı Sinqldır.

Paylaşıldığı İl Musiqi Adı Albom Adı
25.04.2018 Ay Yüzlüm
06.01.2019 Triyakiyim Yarım Söz
01.03.2019 Yarım Söz Yarım Söz
20.03.2019 Ansızın Yarım Söz
15.11.2019 Benim Hikayem
18.02.2021 Nası Seviyo
13.08.2021 Şaheser
30.11.2021 Çemberimde Gül Oya Yarım Söz
30.11.2021 Sendeyim Yarım Söz
30.11.2021 Dam Üstüne Çul Serer Yarım Söz
25.12.2021 Sen İstnabul'sun
07.01.2022 Unuttun mu Beni?
21.02.2022 Silemem
15.04.2022 Nasıl Seveceğim?
04.05.2022 Yorgun Biri
13.05.2022 Akşam Olur Karanlığa Kalırsın
14.05.2022 Buralardan Geçmez
20.05.2022 Kararsızım
22.07.2022 Canım Acıyor
01.10.2022 Kasım
11.10.2022 Sen
25.10.2022 Yağmur
08.12.2022 Unuttun mu Beni?
27.01.2023 Ayrılık Vakti
10.03.2023 Sen Ciddisin
28.03.2023 Günahsızım

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  2. "Nahide Babaşlı kimdir, kaç yaşında nasıl ünlü oldu?". 61saat.com (türk). 21 December 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  3. "Nahidə Babaşlı kimdir?". Kim Deyir. 13 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  4. "Nahidə Babaşlı: "Atam heç vaxt oxumağıma qarşı çıxmayıb" - VİDEO". Zərdab.com (az.). 12 yanvar 2019. 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  5. "Bir günə ulduz oldu". sputnik.az (az.). 4 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  6. "Nahidə Babaşlı: Azərbaycan mahnıları oxuyanda problem yaşayıram - VİDEO". Sabaha-inamla.az. 15 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  7. "Azərbaycanlı ifaçı inqilab etdi: Heç kəsin tanımadığı qızı 2 milyon adam dinləyib". Sputnik Azerbaijani (az.). 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  8. "Türkiyəni heyran qoyan azərbaycanlı qız görün hansı müğənninin qohumu çıxdı - VİDEO". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-03.