Xanəgah (Xankəndi) — Vikipediya

Xanəgah
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu

XanəgahAzərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1992-ci il yanvarın 15-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Burada ilkin yaşayışın XVIII əsrin ortalarına aid olduğu deyilir. Deyilənlərə görə həmin illərdə xan tərəfindən Əsgəran qalası tikilən zaman xanın adamları burada məsgən salıblar. Həmçinin qalanın bir hissəsi də bu kəndin torpaqlarına düşür. "Əgah", "Gah" sözləri də Azərbaycanda rast gəlinən toronimdir və mənası "yaşayış yeri", "yeni salınmış kənd" mənalarını verir. Belə aydın olur ki, kəndin ilk nümayəndələri də xanın adamları olub. Qarabağ xanlığı dağıldıqdan sonra bolşeviklər, ermənilər, SSRİ rəhbərliyi tərəfindən bu kəndin izi itirilmişdi. Lakin 1950-ci illərin sonlarında Xanəgah yenidən kənd statusu aldı və həmin ərəfədə bu ərazidə 100-ə yaxın müsəlman, 10-larla erməni ailəsinin yaşadığı bildirilirdi. Həmin dövrə kimi kəndin əraziləri xalq tərəfindən "Əsgəran bağları" adlandırılırdı.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Əsgəranla həmsərhəddir və cənubunda yerləşir. İqlimi mülayimdir. Burada əsasən bağçılıq və bostançılıq sahələri üçün münbit torpaqlar mövcuddur

Əhalisi[redaktə | mənbəni redaktə et]

Hazırda əhalisinin sayı 900-a yaxındır. İşğaldan sonra kənd əhalisi Bərdə, Ağdam, Tərtər rayonlarında məcburi köçkün kimi yaşayırlar.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

SSRİ dönəmində kənddə kolxozçuluq cəmiyyəti və 1 fabrik vardı. Burada əsasən əkinçilik sahəsi daha çox inkişaf etmişdi.

Erməni işğalı nəticəsində dağıdılmış abidələr[redaktə | mənbəni redaktə et]

Əsgəran işğalı zamanı Əsgəranla Xanəgahı birləşdirən tarixi körpünün bir hissəsi uçurdulmuşdu. Bakı-Xankəndi-İrəvan Magistral yolu çəkiləndə kəndin tarixi qəbiristanlığının bir hissəsi tamamilə məhv edilmişdi. 1918-ci ildə ermənilər Əsgəran və yaxın kəndlərə hücum edən zaman kənddəki "Yaşıl Məscid"i yandırırlar.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]