Yaponiyada idman — Vikipediya

Sumo güləşçiləri hakimin ətrafında.

Yaponiyada idmanYaponiya mədəniyyətinin əsas hissələrindən biri.

Beynəlxalq idman tədbirləri[redaktə | mənbəni redaktə et]

Ölkədə mütəmadi olaraq beynəlxalq idman tədbirləri təşkil edilir. Onlardan ən nüfuzlusu Olimpiya Oyunları olmuşdur. Belə ki, 1964-cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində Yay Olimpiya Oyunları keçirilmişdir. Bundan sonra Yaponiya iki dəfə də Qış Olimpiya Oyunlarına ev sahibliyi etmişdir: 1972-ci ildə Sapporoda1998-ci ildə Naqanoda[1].

1981-ci ildən 2004-cü ilə qədər Yaponiya futbol üzrə Qitələrarası Kubokun keçirildiyi məkan olmuşdur. Bu ölkə Cənubi Koreya ilə birlikdə 2002-ci ildə Futbol üzrə dünya çempionatına ev sahibliyi etmişdir[2].

Milli idman növləri[redaktə | mənbəni redaktə et]

Ənənəvi idman növü olan sumo Yaponiyanın milli idman növü hesab edilir[3].

Ölkədə yapon döyüş sənətləri olan cüdo, karatekendo ilə məşğul olan xeyli insan var.

Xarici idman növləri[redaktə | mənbəni redaktə et]

NBA-nın yapon basketbolçusu Yuta Tabuse

Meyci islahatından sonra Yaponiya bir çox qərb idman növü ilə tanış olmuşdur və bu idman növləri ölkənin təhsil sistemi vasitəsilə yayılmağa başlamışdır[4].

Yaponiya Asiyanın ən uğurlu reqbi komandasına malikdir: Reqbi üzrə Asiya çempionatını hamıdan çox — 6 dəfə qazanmış, yenicə təşkil olunmuş Reqbi üzrə Sakit okean dövlətləri çempionatının 2011-ci ildə qalibi olmuşdur. 2019-cu ildə Yaponiyada Reqbi üzrə dünya çempionatı keçiriləcək[5].

Tokio 2020-ci ildə ikinci dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək və nəticədə Yay Olimpiya Oyunlarına iki dəfə ev sahibliyi edən ilk Asiya şəhəri olacaq[6].

Beyzbol hazırda ölkədə ən məşhur idman növüdür. Yaponiyanın ən üst peşəkar beyzbol liqası olan "Nippon Peşəkar Beyzbolu" (NPB) 1936-cı ildə təşkil edilmişdir[7].

1992-ci ildə Yaponiya Peşəkar Futbol Liqasının (J. Liqası) qurulmasından bəri futbol da populyarlıq əldə etmişdir[8].

Yaponiya milli futbol komandası Asiyanın ən müvəffəqiyyətli futbol komandalarından biridir: Asiya Kubokunu 4 dəfə – 1992, 2000, 2004 və 2011-ci ildə qazanmışdır[9], 2001-ci ildə isə FİFA Konfederasiyalar Kubokunun finalçısı olmuşdur. Bundan əlavə, Yaponiyanın qadınlardan ibarət milli futbol komandası 2011-ci ildə dünya çempionu olmuşdur[10].

Qolf da Yaponiyada məşhur idman növüdür[11].

Ölkədə Super GT seriyası avtoyarışları və Formula Nippon formula yarışları keçirilir[12].

Yaponiya NBA-da bir basketbolçu ilə – Yuta Tabuse ilə təmsil olunur[13].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Olympic History in Japan". Japanese Olympic Committee. 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  2. "Previous FIFA World Cups". FIFA. 2013-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  3. "Sumo: East and West". PBS. 2007-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  4. "Culture and Daily Life". Embassy of Japan in the UK. March 17, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  5. "rugbyworldcup.com". 2013-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  6. "IOC selects Tokyo as host of 2020 Summer Olympic Games". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  7. Nagata, Yoichi; Holway, John B. Japanese Baseball // Palmer, Pete (redaktor ). Total Baseball (4th). Viking Press. 1995. səh. 547.
  8. "Soccer as a Popular Sport: Putting Down Roots in Japan" (PDF). The Japan Forum. 2007-06-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 yanvar 2016.
  9. "Team Japan". Asian Football Confederation. 2016-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  10. "Japan edge USA for maiden title". FIFA. July 17, 2011. January 12, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  11. Varcoe, Fred. "Japanese Golf Gets Friendly". Metropolis. September 26, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016. (#apostrophe_markup)
  12. Clarke, Len. "Japanese Omnibus: Sports". Metropolis. September 26, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  13. "Hoop Dreams – Yuta Tabuse, "The Jordan of Japan"". Consulate General of Japan in New York. December 2004 – January 2005. December 3, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]