Yuri İşxanyan — Vikipediya

Yuri İşxanyan
Şəxsi məlumatlar
Doğum tarixi 9 yanvar 1947(1947-01-09)
Doğum yeri
Vəfat tarixi 14 mart 1998(1998-03-14) (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)

Yuri Georgi İşxanyan (erm. Յուրի Գեորգիի Իշխանյան; 9 yanvar 1947, Stepanakert14 mart 1998, Xankəndi) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yuri Georgi İşxanyan 9 yanvar 1947-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. Xankəndi şəhərində 1 saylı orta məktəbdə, sonra Xankəndi ticarət texnikumunda təhsil almışdır. O, Xankəndi şəhərinin "Qarabağ" futbol komandasında çıxış etmişdir. "Qarmetax" kombinatında, sonra Əsgəran Ticarət İdarəsində işləmişdir. O, müddətli hərbi xidmətini Bakıda başa vurmuşdur.[1]

İşxanyan Qarabağ hərəkatının və partizan fəaliyyətinin aktiv iştirakçısı olmuşdur. 1988-ci ildə Əsgəran hadisələrində iştirak etmiş, buna görə bir neçə gündən sonra həbs edilmişdir. O, aprel–avqust aylarında Bakı, MoskvaŞuşa həbsxanalarında saxlanmışdır. 1988–1994-cü illərdə müxtəlif könüllü dəstələrin, 9-cu rotanın komandiri kimi Ağdərə, Əsgəran, Laçın, Qubadlı, Kəlbəcər və Şuşa istiqamətlərində döyüşlərdə iştirak etmişdir.[1] Xocalı soyqırımını törədənlərdən biridir.[2]

14 mart 1998-ci ildə Xankəndi şəhərində vəfat etmişdir. Xankəndi şəhər qəbiristanlığında dəfn olunmuşdur.[1]

O, ölümündən sonra Dağlıq Qarabağ Respublikasının 1-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir.

Evli idi və üç övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Ղարաբաղյան ազատագրական պատերազմ (1988–1994)
  2. "Глава Минобороны Армении может быть привлечен к ответственности за причастность к Ходжалинскому геноциду". 1news.az. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.