Gürcüstanın dövlət quruluşu — Vikipediya

Gürcüstan
საქართველო
Sakartvelo
Bayraq Gerb
Bayraq Gerb
ძალა ერთობაშია (Dzala ertobaşiya)  (gürcü)
"Güc birlikdədir"
Himn: "Tavisupleba"
"Azadlıq"
Tarixi
 • Gürcüstan çarlığı 1008
 • Gürcüstan Demokratik Respublikası 26 may 1918
 • Müstəqilliyin bərpası
elan edilib
təsdiq olunub


9 aprel 1991
25 dekabr 1991
Paytaxt Tbilisi
İdarəetmə forması Baş-nazir respublikası
Prezident Salome Zurabişvili
Baş nazir Irakli Garibaşvili
David Usupashvili
Sahəsi Dünyada 121-ci
 • Ümumi 69700 km²
Əhalisi
 • Əhali 3 729 500[1] nəfər (117-ci)
 • Siyahıyaalma (2014) 3 729 635[2] nəf.
 • Sıxlıq 64 nəf./km² (129-cu)
ÜDM (nominal)
 • Ümumi (2010) 11.2 milyard [3] dollar (122-ci)
 • Adambaşına 2.560 dollar (119-cu)
İİİ (2008) 0.763 (artış; 93-cü)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Gürcüstan dövləti
Gürcüstan

Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir:
Gürcüstan hökuməti və siyasəti


Gürcüstanın dövlət quruluşu — 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

Gürcüstan dualist idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü iki dəfə — (1918) 26 may və (1991) 9 aprel tarixlərində qeyd edilir. Ölkə Konstitusiyası 24 avqust 1995-ci ildə qəbul olunmuşdur[4](15 oktyabr 2010-cu ildə yenidən baxılmışdır).

İnzibati ərazi bölgüsü[redaktə | mənbəni redaktə et]

55 bələdiyyədən ibarət 10 diyara (Tbilisi-paytaxt şəhəri, Quriya, İmeretiya, Kaxetiya, KvemoKartli, Msxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo-Svaneti, Samse-Cavaxeti, Şida-Kartli) və 2 muxtar respublikaya bölünür (Gürcüstanın tərkibinə 1921-ci ildən Acarıstan Muxtar Respublikası, 1922-ci ildən Cənubi Osetiya Muxtar Vilayəti (1990-cı ildə mərkəzi hakimiyyət tərəfindən ləğv edilmişdir) və 1931-ci ildən Abxaziya Muxtar Respublikası daxildir).

Dövlət başçısı[redaktə | mənbəni redaktə et]

Ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilən Prezidentdir. Gürcüstanın mövcud Konstitusiyasına görə, bir namizəd iki müddətdən əlavə ölkə Prezidenti vəzifəsinə seçilə bilməz.

Dövlətin başçısı, silahlı qüvvələrin ali baş komandanı, xarici əlaqələr üzrə Gürcüstanın ən yüksək təmsilçisi sayılan Gürcüstan Respublikasının Prezidenti, ölkənin daxili və xarici siyasətini istiqamətləndirir, xalqın milli birlik və bütövlüyünü, habelə dövlət qurumlarının və digər orqanların fəaliyyətini təmin edir, formal olaraq Baş naziri təyin edir.

2010-cu ildə Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində dövlət başçısının səlahiyyətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılmışdır.

Qanunverici hakimiyyət[redaktə | mənbəni redaktə et]

150 üzvdən ibarət bir palatalı Parlamentə deputatlar ümumi seçkilər yolu ilə 4 il müddətinə seçilirlər[5]. Parlamentin 75 üzvü birmandatlı dairələr üzrə, digər yarısı isə partiya siyahıları sistemi üzrə seçilirlər.

Parlamentin hökumətə etimadsızlıq göstərmək, prezidentin veto hüququnu 3/5 səs çoxluğu ilə ləğv etmək, Nəzarət Palatası vasitəsilə dövlət büdcəsinin istifadəsinə nəzarət etmək və s. digər mühüm səlahiyyətləri vardır.

İcraedici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın lideri olan və namizədliyi formal olaraq Prezident tərəfindən parlamentə təqdim edilən Baş nazirin rəhbərlik etdiyi Nazirlər Kabineti tərəfindən həyata keçirilir[6],

Nazirlər Kabineti ali qanunverici orqan qarşısında kollektiv məsuliyyət daşıyır. Bununla belə Hökumət dövlət büdcəsinin layihəsini, ratifikasiya məqsədilə beynəlxalq müqavilələri və s. Parlamentə təqdim etməkdə, habelə səfir və diplomatik nümayəndəliyin başçısı vəzifəsinə təyin edilmək məqsədilə namizədlərin Prezidentə təqdimatında səlahiyyətlidir.

Məhkəmə hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Kasasiya instansiyası məhkəməsi olaraq, Gürcüstanın ədalət mühakiməsinin ən yüksək və son instansiya məhkəməsini təmsil edən Ali Məhkəmə, habelə digər ixtisaslaşmış və aşağı instansiya məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Number of Population as of January 1, 2015" (PDF). National Statistics Office of Georgia. Archived from the original on 23 October 2015. İstifadə tarixi: 1 may 2015..
  2. "Preliminary Results of 2014 General Population Census of Georgia" (PDF). National Statistics Office of Georgia. 23 October 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 may 2015. Arxivləşdirilib: gürc. ing.
  3. "Beynəlxalq Valyuta Fondunun Hesabatı". 2011-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  4. "ЦИК Грузии". 2013-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.
  5. "Официальный сайт Парламента Грузии". 2011-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  6. "Гл. 4 Конституции Грузии". 2009-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Калатозишвили Г. Грузия, трансформирующаяся в парламентскую республику. Вестник Кавказа (vestikavkaza.ru) (23 августа 2012)