Odlar Yurdu (konsept) — Vikipediya

Atəşgah, Bakı.

"Odlar Yurdu"Azərbaycan dilində milli və mədəniyyət konsepti.

Tarixi və siyasi inkişafı[redaktə | mənbəni redaktə et]

Tarixçi bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə ilə bağlılığı ilə əlaqələnir.[1] İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar».[2]

Bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Bəziləri bunu Yunan mifologiyasına görə Prometey odu allahlardan oğurlayıb bəşəriyyətə verdiyi üçün cəzalanaraq Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənmişdir ilə əlaqələnir.[2] Ehtimal var ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır.[2] O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib.[2]

Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var. Qədimdən ərazimizdə neftqazın olması və bunun nəticəsində təbii məşəllərin meydana gəlməsi də bu fikrin yaranmasına səbəb olub. Eyni zamanda islam dini mənbələrində də Azərbaycan haqda az saylı hədis və rəvayətlərdə od ifadəsinə rast gəlinir. Məsələn hədislərin birində qeyd olunur ki, qiyamətdən öncə Azərbaycandan od görünəcək. Əbu Basir deyir ki, İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalam belə buyurdu: "Atam mənə belə buyurdu: Azərbaycandan mütləq bir atəş çıxacaq və heç nə onun qarşısında dayana bilməyəcək. Belə bir şey olduqda evinizdə oturun. Biz nə etsək, siz də onu edin. Bizim qiyam edənimiz Hz. Mehdi (ə.s.) hərəkət etdikdə sürətlə və heç dayanmadan ona doğru qaçın..." (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 311).[1] Maraqlıdır ki, hadisədə od ifadəsinin məhz Azərbaycanla yanaşı çəkilməsi diqqət çəkəndir. Bu isə onu göstərir ki, od ifadəsinin Azərbaycanla yanaşı işlədilməsinin həm də dini əsasları olub.[1]

Azərbaycan gerbində[redaktə | mənbəni redaktə et]

Bu konsept Azərbaycan gerbində də yer almışdır.[3] Gerbdəki səkkiz guşəli ulduz bəzi izahlarda "Odlar Yurdu"-nun səkkiz hərflə yazılışına işarədir. C. Cabbarlı yazırdı: "Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu".

Turizm[redaktə | mənbəni redaktə et]

Atletiko Madrid "Odlar Yurdu" sözləri yazılmış formada.

Müasir dövrdə bu konsept turizm sloqanı kimi işlənir. İspaniya futbol klubu Atletiko Madrid, İngiltərə futbol klubu Şeffild UensdeyFransa futbol klubu Lans, oyunlara üzərinə “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözləri yazılmış formada çıxır.[4][5]

2012-ci ildə 2012 Avroviziya Mahnı Müsabiqəsi"Öz məşəlini alovlandır"" (ing. Light your fire!)[6] şüarı altında keçirilib.

Avropa versiyaları[redaktə | mənbəni redaktə et]

Avropada bu konsept bəzən "Atəş Diyarı", "Odlar Ölkəsi" adları altında hallanır.[7][8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Azərbaycana niyə Odlar Yurdu deyilir?". 2014-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-28.
  2. 1 2 3 4 "Od imandandır". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-28.
  3. "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-28.
  4. "'Azerbaijan Land of Fire' on new Owls strip". www.swfc.co.uk. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2014.
  5. "Atlético Madrid, Lens, Euro 2016... L'Azerbaïdjan est-il le nouveau Qatar du foot ?". www.huffingtonpost.fr (French). 21 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2014.
  6. "Baku 2012: Light your fire!". 2015-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-28.
  7. "Страна огней: Азербайджан". www.nat-geo.ru (Russian). National Geographic. 23 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2014.
  8. "Azerbaijan: Land of Fire and Flood Ancient Mariners and a Deluged Landscape". www.grahamhancock.com. 4 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2014.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]