Əbdürrəhman Vəzirov

Əbdürrəhman Vəzirov
Əbdürrəhman Vəzirov.jpeg
bayraqAzərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibibayraq
21 may 1988 — 18 yanvar 1990
Sələfi Kamran Bağırov
Xələfi Ayaz Mütəllibov
bayraqSSRİ-nin Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiribayraq
16 may 1985 — 13 iyul 1988
bayraqSSRİ-nin Nepal Krallığında fövqəladə və səlahiyyətli səfiribayraq
7 sentyabr 1979 — 12 iyun 1985
Şəxsi məlumatlar
Doğum tarixi 26 may 1930(1930-05-26)
Doğum yeri
Vəfat tarixi 10 yanvar 2022(2022-01-10)[1] (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı10 yanvar 2022[1], Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakının Binəqədi rayonunda (əvvəlki adı Kirov) doğulub. Əslən Şuşalıdır, Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır.[2] Anası isə Füzuli rayonunun (keçmiş Karyagin) KP birinci katibinin bacısı idi. Anası tərəfdən babası Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında İrandan köçürülən ermənilərin məskunlaşmasına və yaşamasına şərait yaratmışdı. Lakin sonradan ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün Vəzirovun babası Füzulidə məskunlaşmalı olmuşdu.[3] 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirmiş, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir.[4] Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur. 1954-cü ilin yanvar ayında o, Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsinin (LKGİ MK) təbliğat üzrə katibi, 1955-ci il dekabrın 16-da Azərbaycan komsomolunun XX qurultayında Azərbaycan LKGİ MK-nın ikinci katibi, 1957-ci ilin yanvar ayında isə birinci katibi seçilmişdir.[5]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1985-ci ildə Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi. Lakin diplomatik işi daha üstün tutan Vəzirov o vaxt bu təklifdən imtina etdi. İkinci dəfə Vəzirova 1988-ci ildə Azərbaycana rəhbərlik etmək təklif edildi və Vəzirov bu təklifi qəbul etdi. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuşdur. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanmış, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılmışdır. Vəzirov 1989-cu ilin avqustunda istefa məsələsini qaldırdı. Həmin ilin dekabrında yenə istefa vermək istədiyini bildirdi. Vəzirov bütün bunların qarşısını almaqda aciz olmuş, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməmişdir. Rus qoşunlarının gəlməsindən 2 gün öncə, 18 yanvarda istefa vermiş və Moskvaya qaçmışdır.[6] Azərbaycanda haqqında cinayət işi qaldırılıb. Əbdürrəhman Vəzirov ölüm tarixinə qədər Moskvada yaşamışdır. 2007-ci ildə Əbdürrəhman Vəzirovun prezident İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi İlham Əliyevə müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini yazmışdır.[7] Lakin ertəsi gün o, bu xəbərin doğruluğunu təkzib etmiş və bunu özünə qarşı təxribat adlandırmışdır[8]. 2009-cu ildə onun "Mənim diplomatik xidmətim" adlı xatirələri işıq üzü görüb.

Ölümü[redaktə | mənbəni redaktə et]

Ə.Vəzirov 2022-ci ilin yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib. Ə.Vəzirov sağlığında verdiyi vəsiyyətinə əsasən Moskva şəhərinin Troekurov qəbiristanlığında mərhum həyat yoldaşı İrinanın məzarının yanında torpağa tapşırılıb.[9]

Əsərləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://apa.az/ru/domestic-policy/umer-abduraxman-vezirov-467241/.
  2. Дочки-матери. Мемуары Arxivləşdirilib 2021-09-09 at the Wayback Machine By Елена Боннэр
  3. Vəzirov: Qaqarinlə dostluq, "Əliyevə məktub" və Qarabağ haqqında / Paxlava Production
  4. "Vəzirov: "Heydər Əliyev mənə bir neçə post təklif etdi"" (az.). bugun.az. 12 iyul 2014 13:11:00. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
  5. Әбдүлрәһман Хәлил оғлу Вәзиров // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 321.
  6. ""Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm. Ancaq o hər şeyi məhv etdi"". 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  7. "ƏBDÜRRƏHMAN VƏZİROV: «İLHAM ƏLİYEV ÖZ ATASINDAN GÜCLÜDÜR»". 2013-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-31.
  8. "VƏZİROV: 22 İL SONRA". 2012-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-30.
  9. Moskvada Əbdürrəhman Vəzirovla vidalaşırlar
  10. ""Əbdürrəhman Vəzirov əsl faktları gizlədir"- YAP-dan reaksiya". 2018-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.
  11. "Əbdürrəhman Vəzirov: "Məndən sonra Gəncəyə gələn birinci katib rüşvət alırdı"". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.
  12. "Əbdürrəhman Vəzirov: "Heydər Əliyev məni təriflədi" — II HİSSƏ". 2018-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]