12 may 1994-cü il tarixli atəşkəs sazişi — Vikipediya

12 may 1994-cü il tarixli atəşkəs sazişiBirinci Qarabağ müharibəsi zamanı (1992–1994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra bir tərəfdən Ermənistantanınmamış Dağlıq Qarabağ Respublikası, digər tərəfdən Azərbaycan[1] tərəfindən bağlanmış üçtərəfli atəşkəs sazişi.

Müqaviləni 9 may 1994-cü ildə Məmmədrəfi Məmmədov (Azərbaycan tərəfdən), 10 may 1994-cü ildə Serj Sarkisyan (Ermənistan tərəfdən), 11 may 1994-cü ildə Samvel Babayan (Dağlıq Qarabağ Respublikası tərəfdən) imzalamışdır.. Müqavilənin əsas müddəası 12 may 1994-cü il saat 00:01-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi. Heç bir strateji əhəmiyyət kəsb etməyən müntəzəm toqquşmalara və qarşılıqlı atəşə baxmayaraq, 2016-cı ilin aprelində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə qədər, ümumiyyətlə, atəşkəsə əməl olunmuşdur. 2020-ci ildə münaqişə zonasında İkinci Qarabağ müharibəsi başlamışdır və noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyannamənin imzalanması ilə başa çatmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Прорыв к перемирию в Нагорном Карабахе". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]