Müqəddəs əmanətlər muzeyi — Vikipediya

Müqəddəs əmanətlər muzeyi
Xəritə
Əsası qoyulub 2016
Açılış tarixi 17 yanvar 2017
Təsisçi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Yerləşir Bakı
40°21′58″ şm. e. 49°50′04″ ş. u.

Müqəddəs əmanətlər muzeyi — İçərişəhərdə Bəylər məscidində yerləşən muzey. Məscid təmir edildikdən sonra fəaliyyətə başlayan muzeydə islam dininin müqəddəs əmanəti olan Quran-i Kərim nümunələri, müxtəlif dövrlərin qədim kitabları, eləcə də ibadətlə bağlı bəzi tətbiqi-sənət nümunələri nümayiş etdirilir. [1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Bəylər məscidi təmir edildikdən sonra 2016-cı ildən etibarən burada Müqəddəs əmanətlər ekspozisiyası fəaliyyət göstərir. Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib. [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Muzeylər". icherisheher.gov.az. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2021.
  2. "İlham Əliyev İçərişəhərdəki "Bəylər" məscidində bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub". president.az. 24 dekabr 2016. 25 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]