Ramazanovların evi — Vikipediya

Ramazanovların evi
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Vəli Məmmədov küçəsi 24
Sifarişçi Məmmədkərim Ramazanov
Tikilmə tarixi 1895
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Ramazanovların evi (Bakı)
Ramazanovların evi

Ramazanovların eviİçərişəhərdə yerləşən XIX əsrə aid bina. Bina 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun göstərişi ilə tikilmişdir. Milli-romantik üslubda inşa olunmuş binanın memarı məlum deyil.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Ramazanovların evi 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun göstərişi ilə tikilmişdir. Bina Hacı Məmmədkərim Ramazanov və onun həyat yoldaşı Ümbülbanuya məxsus olmuşdur. Dörd mərtəbədən ibarət olan bu bina milli-romantik üslubda inşa edilmişdir.[1] İkinci mərtəbədən sonuncu mərtəbəyə qədər uzanan tağlar, eləcə də sonuncu mərtəbənin taxtalı eyvanının stalaktik sistemə istinad edən konxaların tili, günbəzi və daş üzərində bədii oyma ilə örtülmüş tipanlar binaya xüsusi gözəllik verir. Fasadlarda şərq məmarlığının elementlərindən istifadə edilmişdir. Binanın birinci mərtəbəsində Hacı Məmmədkərim “Ermes” adlı elektro teatr açmışdır. İkinci mərtəbə məşhur biznesmen Rəhim xana icarəyə verilmişdir. Üçüncü mərtəbədə zinət əşyaları satılan dükanlar fəaliyyət göstərmişdir. Dördüncü mərtəbədə isə Ramazanov ailəsi yaşamışdır. Binanın taxtalı eyvanında vaxtaşırı “Muğam gecələri” təşkil edilərmiş. Naxışlı eyvan isə Ramazanovların istirahət yeri olmuşdur. Bu eyvandakı naxışlar maraqlı simvolik məna daşıyır. Belə ki,eyvandakı yarpaq şəkilli naxışlar Bakının küləkli şəhər olduğunu simvolizə edir. Ramazanovlar ailəsinin yaşadığı ev sovet hakimiyyəti dövründə ayrı-ayrı mənzillərə bölünərək əhali arasında paylanılmışdır.

Şəkillər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 57. ISBN 975 9952-32-046-6.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]