Məhəmməd Ağarəhimov — Vikipediya

Məhəmməd Ağarəhimov
Məhəmməd Paşasadıq oğlu Ağarəhimov
Doğum tarixi 10 aprel 1899(1899-04-10)
Doğum yeri
Vəfat tarixi bilinmir

Məhəmməd Ağarəhimov (10 aprel 1899, Tiflisbilinmir) — Cümhuriyyət tələbəsi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Paşasadıq oğlu Ağarəhimov 10 aprel 1899-cu ildə Tiflis şəhərində doğulmuşdur. 1917-ci il sentyabr ayında Tiflisdəki İ.M.Maçaidze gimnaziyasına daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir. Şəxsi işində 1919-cu ildə notarius tərəfindən təsdiq edilmiş kamal şəhadətnaməsinin surəti var. Bu sənəddən aydın olur ki, Məhəmməd gimnaziyada rus, latın, alman, fransız dillərini mükəmməl öyrənmişdir. Riyaziyyat, həndəsə, fizika, geometriya, tarix, coğrafiya və başqa fənlərə yiyələnsə də, gürcü dili və Gürcüstan tarixi fənlərindən azad edilmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cümhuriyyət tələbələri II fəsil". 2019-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.