Mir İsmayıl Seyidzadə — Vikipediya

Mir İsmayıl Seyidzadə
Doğum tarixi 30 yanvar (11 fevral) 1896
Doğum yeri
Vəfat tarixi 13 fevral 1982(1982-02-13) (86 yaşında)
Vəfat yeri
Uşağı
Təhsili İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu[1]
Şarlonttenberq Texniki Universiteti
Fəaliyyəti mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyidzadə Mir İsmayıl Seyid Əhməd oğlu (30 yanvar (11 fevral) 1896, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası13 fevral 1982, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mir İsmayıl Seyidzadə Lənkəran kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik İnstitutunun Elektrotexnika şöbəsində 2-ci kursadək oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Seyidzadənin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.