Yaşayış binası (İstiqlaliyyət küçəsi, 41) — Vikipediya

Yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İstiqlaliyyət küçəsi, 41
Memar İosif Ploşko
Tikilmə tarixi 1912
KateqoriyaBina
Yaşayış binası (Bakı)
Yaşayış binası

Yaşayış binası— İstiqlaliyyət küçəsi, 41 ünvanında 1912-ci ildə inşa edilmiş üç mərtəbəli yaşayış binası. Binanın memarı İosif Ploşkodur.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Yaşayış binası 1912-ci ildə memar İosif Ploşkonun layihəsi əsasında inşa edilib. Şəhərin tarixi mərkəzinin formalaşmasında iştirak edən tikililərdən biridir. Bina iki zəif formada irəli çıxan rizalitlərlə birgə order sisteminin klassik üsulları əsasında həll edilmişdir. Fasadların memarlıq kompozisiyasının əsas elementi iki yuxarı mərtəbəni birləşdirən Korinf orderinin pilyastrlarıdır. Fasadın nəcib, təvazökar plastikası üçün detalların incə çəkilməsi səciyyəvidir. Zəngin yapma ilə yarımdairə şəkilli pəncərələrin qıfıl daşlarının dekorativ maskaları, birinci mərtəbənin qabarıq hörgüsü fonunda gerblərin təsviri evin sahibinin mötəbərlitini və hansı mövqeyə sahib olduğunu göstərir. Əsas fasad boyu sürahi bəndlə birgə uzadılmış eyvanlar, üfüqiliyi xüsusi olaraq nəzərə çarpdıran əlavə memarlıq mövzusu olmaqla, kompozisiya quruluşunun vahidliyini təşkil edərək pilyastrların şaqulləri və İoniya yarımsütunları ilə həmahəng şəkildə uyğunlaşırlar.[1]

Şəkilləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 150-152. ISBN 978-9952-32-020-6.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]