Qalib bəy Vəkilov — Vikipediya

Qalib bəy Vəkilov
Vəkilov Qalib ağa İbrahim ağa oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1888
Doğum yeri
Vəfat tarixi 16 noyabr 1937(1937-11-16)
Atası İbrahim ağa Vəkilov
Hərbi fəaliyyəti
Qoşun növü Artilleriya
Rütbəsi general

Vəkilov Qalib bəy İbrahim ağa oğlu (1888, Qazax16 noyabr 1937) — Rusiya İmperator Ordusunda, daha sonra Azərbaycan Demokratik Respublikasında artilleriya generalı. General-leytenant. Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi, "Müqəddəs Georgi" ordenli. İbrahim ağa Vəkilovun oğlu, Paşa ağa Vəkilovun nəvəsi, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın qardaşıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəkilov Qalib ağa İbrahim ağa oğlu (1887–16.11.1937) (Xarkov III Aleksandr adına ali hərbi-texniki in-ta girib, II kursdan sonra təhsilini Moskvadakı Alekseyev hərbi məktəbində davam etdirib;

Çar və müsavat zabiti; podpolkovnik; Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi işləyib.

1920-dən sonra XI ordunun Ənzəlidəki mühəndis qoşunları hissəsinin rəisi, Zaqafqaziya qızıl ordu hərbi inqilab şurası hərbi sənaye komitəsinin direktoru işləyib) (1931–33-də ilk dəfə həbsdə olub, 1937-ci ildə isə II dəfə tutularaq güllələnib) 1937-ci ildə Qalib bəy Vəkilovu güllələyirlər.

Mükafatları[redaktə | mənbəni redaktə et]

I Dünya müharibəsi dövründə "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şəmistan Nəzirli